Suriya Prezidenti BMT Baş Assambleyasına Qatılacaq

Suriya Prezidenti Əhməd Əş-Şaraa 22–30 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək BMT-nin 80-ci Baş Assambleya Sessiyasına və “Yüksək Səviyyəli Həftə” tədbirinə qatılacaq.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Suriya liderinə xarici işlər naziri və yüksək səviyyəli diplomatik heyət müşayiət edəcək. Bu, 1967-ci ildən bəri Suriya prezidentinin BMT Baş Assambleyasında ilk iştirakı olacaq və həmçinin “Yüksək Səviyyəli Həftə”də ilk dəfə iştirak edəcək.
Tədbir çərçivəsində Suriya Prezidenti beynəlxalq əməkdaşlıq, regionda sabitlik və ölkəsinin BMT-dəki mövqeyi ilə bağlı çıxışlar edəcək. Həmçinin qarşılıqlı görüşlər və diplomatik danışıqların keçirilməsi planlaşdırılır, bu da Suriya üçün beynəlxalq münasibətlərdə yeni imkanlar açacaq.
00:32 12.09.2025
Oxunuş sayı: 727