İsrail HƏMAS liderlərinə qarşı əməliyyatı əvvəlcə Türkiyədə planlaşdırıb

İsrail hakimiyyəti əvvəlcə HƏMAS-ın ali rəhbərliyinə qarşı əməliyyatı Türkiyə ərazisində həyata keçirməyi nəzərdə tutub. Lakin sonradan əməliyyat Qətərdə gerçəkləşdirilib.
Crossmedia.az Livanın Al Akhbar qəzetinə istinadən bildirir ki, İsrail hökuməti bu qərarı qəbul edərkən beynəlxalq siyasi riskləri nəzərə alıb. Baş nazir Binyamin Netanyahu və onun kabineti hesab edirdi ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası Dohanın razılığını ala biləcək. Türkiyə ilə bağlı isə NATO üzvlüyü səbəbindən əməliyyat daha böyük eskalasiyaya yol aça bilərdi.
Məlumata görə, belə bir addım İsrail üçün həm siyasi, həm də iqtisadi baxımdan ciddi nəticələr doğura bilərdi. Bu səbəbdən İsrail tərəfi risklərin daha az olduğu Qətəri seçərək planı orada reallaşdırıb.
23:47 11.09.2025
Oxunuş sayı: 779