İran generalı: Qətəri tək qoymayacağıq

Bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant, Əbdürrəhim Musəvi Qətərin Baş nazirinin müavini Səud bin Əbdürrəhman Al Tani ilə telefon əlaqəsi saxlayıb.
Bu barədə Crossmedia.az məlumat verir.
Məlumata görə, söhbət zamanı Musəvi İsrailin Dohaya hücumlarını müzakirə edib və İranın Qətərə daim dəstək verəcəyini açıqlayıb.
Musəvi bildirib ki, İran xalqı və Silahlı Qüvvələri qətərli qardaşlarının yanında olacaq və onları düşmən qarşısında tək qoymayacaq.
Al Tani isə öz növbəsində İsrailin beynəlxalq hüquq və diplomatik qaydaları pozduğunu vurğulayaraq deyib: “Bu hücum bütün qırmızı xətlərin keçilməsi və qanunların ayaq altına alınması deməkdir”.
21:52 11.09.2025
Oxunuş sayı: 900