Lukaşenko Trampın sülh təşəbbüslərini yüksək qiymətləndirdi

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ prezidentinin nümayəndəsi Con Koel ilə görüşündə Donald Trampın sülh naminə göstərdiyi səyləri yüksək qiymətləndirib.
Crossmedia.az BelTA-ya istinadən bildirir ki, Lukaşenko Trampa təşəkkür edərək qeyd edib: “Mən sizin prezidentinizə (onu tərifləmək üçün yox, çünki bu mənə yad bir şeydir) sülh naminə, ilk növbədə bizim regionda göstərdiyi səylərə görə minnətdarlığımı bildirirəm”.
Belarus lideri həmçinin vurğulayıb ki, Tramp “bir sıra münaqişələri dayandırıb”. “Mən bunu həm tarixçi, həm də uzun müddətdir prezident olan bir şəxs kimi deyirəm: ABŞ-ın heç bir prezidenti dünyada sülhün təmin olunması üçün Tramp qədər çox və ya bu cür səylər göstərməyib”, – Lukaşenko əlavə edib.
19:38 11.09.2025
Oxunuş sayı: 1077