Paşinyan: “Uşaqların normal idman zalları olmadan böyüməsi bizim üçün faciədir”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə idman infrastrukturunun çatışmazlığını tənqid edib.
Crossmedia.az xəbər verir ki, o, bildirib ki, minlərlə şagird və tələbə məktəb və universiteti bitirsə də, normal idman zalı və ya meydançası olmadan təhsil alır:
“Bu, böyük faciədir. Bu hal uşaqların sağlamlığına, gələcək həyatına, ordudakı münasibətlərə, fiziki hazırlıq və döyüş qabiliyyətinə, hətta intiharların sayına təsir edir. Axı söhbət həm fiziki, həm də mənəvi-psixoloji hazırlıqdan gedir”, – Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, qədim tarixdə baş vermiş hadisələr illərlə müzakirə olunur, amma uşaqların gələcəyinin məhv edilməsinə heç kim diqqət yetirmir.
Nicat Rüstəmzadə
18:31 11.09.2025
Oxunuş sayı: 1005