Gürcüstanın sabiq müdafiə naziri korrupsiya ittihamı ilə tutulub

Gürcüstanın sabiq müdafiə naziri Juaşer Burçuladze korrupsiya və qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı ilə saxlanılıb.
Crossmedia.az bu barədə Gürcüstan KİV-lərinin Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən məlumat verir.
Xidmətin açıqlamasında bildirilir ki, Burçuladze vəzifə səlahiyyətlərini sui-istifadə etmək və xüsusilə iri məbləğdə gəlir əldə etmək ittihamı ilə məhkəmə qərarına əsasən saxlanılıb.
Fatimə Məmmədova
18:27 11.09.2025
Oxunuş sayı: 1362