Rubinyan: Müxalifət hakimiyyətə gəlsə, onunla razılaşmayanları güllələyəcək

Ermənistanda “Vətəndaş Müqaviləsi” partiyasının parlamentdəki vitse-spikeri Ruben Rubinyan bildirib ki, əgər rusiyayönümlü müxalifət hakimiyyətə gəlsə, onunla razılaşmayanları atəşə tutmağa başlayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rubinyan müxalifətə müraciət edərək deyib:
“‘Telefon zəngi ilə ədalət tələb edən’ Kocaryan tərəfdarı deputatdan daha qəribə mənzərə yoxdur. Mən sadəcə təəccüblənirəm: Siz son 30 ildə harada idiniz? Hələ doğulmamışdınız? O zaman mövcud olmayan insanlara ümid bağlayırsınız? İndi 18 yaşlı gənclər Koçaryanın prezidentliyini xatırlamır və onun müqəddəs olduğunu düşünəcək? Narahat olmayın, onların valideynləri və dostları hər şeyi izah edəcək”.
Xatırladaq ki, 1 mart 2008-ci il tarixində İrəvanda Qarabağ klanına qarşı etirazlar zamanı 10 nəfərə atəş açılaraq öldürülüb. BBC-nin əldə etdiyi sənədlərə görə, bu işdə Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın da adı qeyd olunub.
Fatimə Məmmədova
17:05 11.09.2025
Oxunuş sayı: 1079