Fransada Kseniya Sobçakla insident yaşandı

Rusiyalı bloqer və jurnalist Kseniya Sobçak Fransada xoşagəlməz hadisə ilə üzləşib. Ona yaxınlaşan bir kişi “Yaşasın Ukrayna” deyərək, rus olduğu üçün Kiyevə getməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, Sobçak həmin an fransızca cavab verərək kişidən məsafə saxlamağı tələb edib və onun sözlərini irqçilik kimi dəyərləndirib.
“Siz belə danışmamalısınız. Başqa millət haqqında bu cür ifadə işlətmək irqçilikdir”, – o bildirib.
Daha sonra jurnalist qeyd edib: “Biz, ruslara toxunduqda, fransızca da danışarıq, amma özümüzü incitməyə qoymarıq”.
Nihat Tahirov
12:27 11.09.2025
Oxunuş sayı: 703