ABŞ Konqresində Rusiyaya qarşı ticarət məhdudiyyəti ilə bağlı qanun layihəsi irəli sürülüb

ABŞ Nümayəndələr Palatasının üzvü Co Uilson Konqresə yeni qanun layihəsi təqdim edib. Sənədin məqsədi vaxtilə mövcud olmuş “Cekson-Venik düzəlişi”nin bərpasıdır.
Crossmedia.az bildirir ki, deputatın sözlərinə görə, bu addım Rusiyadan istənilən ticarəti tamamilə dayandırmağa imkan verəcək. Qeyd edək ki, “Cekson-Venik düzəlişi” miqrasiya prosesinə mane olan və insan hüquqlarını pozan ölkələrlə ticarətə məhdudiyyətlər tətbiq edir.
09:41 11.09.2025
Oxunuş sayı: 853