ABŞ-də Trampın tərəfdarı olan siyasətçi snayper atəşi nəticəsində öldürülüb

Amerikalı mühafizəkar siyasətçi Çarli Kirk aldığı güllə yarası nəticəsində Yuta ştatının xəstəxanasında dünyasını dəyişib.
Crossmedia.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi Yuta Velli Universitetində keçirilən tədbir zamanı güllələnib.
Qeyd olunur ki, həkimlər dərhal hadisə yerinə gəlsələr də, Kirki xilas edə bilməyiblər.
ABŞ Prezidenti Donald Trampın tərəfdarı olan Kirkə snayperin 180 metr məsafədən atəş açdığı bildirilir.
00:41 11.09.2025
Oxunuş sayı: 797