Türkiyə hava hücumundan müdafiəni gücləndirir: 1,65 milyardlıq müqavilə

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Aselsan ilə Müdafiə Sənayesi İdarəsi arasında yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən, ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün 1,65 milyard avro dəyərində layihə həyata keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Müqaviləyə uyğun olaraq, sistemlərin təhvil verilməsi 2027–2031-ci illər ərzində həyata keçiriləcək.
Fatimə Məmmədova
23:02 10.09.2025
Oxunuş sayı: 775