Hollandiyanın F-35-ləri rus dronlarını məhv edib

Hollandiyaya məxsus F-35 qırıcıları Polşa hava məkanında Rusiya istehsalı “Gerbera” tipli dronları məhv edib. Məlumata görə, hücumların qarşısı ABŞ istehsalı AIM-9X tipli “Sidewinder” raketləri ilə alınıb.
Bu barədə Crossmedia.az məlumat verir.
Məlumata görə, maraqlı məqam qiymət fərqidir: bir “Gerbera” dronunun dəyəri təxminən 10 min dollar olduğu halda, AIM-9X raketinin qiyməti 2,8 milyon dollardır. Bu isə 280 qat fərq deməkdir.
Niderland hökuməti 2024-cü ildə 246 ədəd AIM-9X raketi üçün ümumilikdə 691 milyon dollar ödəmişdi. Hazırda ölkənin arsenalında 245 ədəd yeni raket qalıb.
22:46 10.09.2025
Oxunuş sayı: 609