Durov: Telegram Fransada Makrona qarşı etirazların vasitəsinə çevrilib

Telegram-ın qurucusu Pavel Durov Fransada prezident Emmanuel Makronun siyasətinə qarşı keçirilən etiraz aksiyalarında messencerin roluna diqqət çəkib. O, bu prosesdə Telegram-ın təşkilati vasitə kimi istifadəsindən qürur duyduğunu bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Durovun sözlərinə görə, Makronun son illərdə həyata keçirdiyi siyasət Fransada narazılığın artmasına səbəb olub. O qeyd edib ki, insanların etirazları hökumətin uğursuz qərarlarının nəticəsidir.
“8 ildən sonra insanlar boş piar və nümayişkarlıqdan yoruldular — indi isə cavab zərbəsini endirirlər”, – deyə Pavel Durov sosial şəbəkədə paylaşımında vurğulayıb.
Pərvin Hacıyeva
21:11 10.09.2025
Oxunuş sayı: 1032