Tramp ABŞ-də ukraynalı qızın qatilinə edam tələb edib

ABŞ prezidenti Donald Tramp Şarlott şəhərində qatarda ukraynalı gənc qadını qətlə yetirən qaradərili amerikalının edam olunmasını tələb edib.
Crossmedia.az-ın məlumatına görə, o, qatilə “heyvan” adını verib.
Tramp sosial şəbəkədə yazıb:
“Amerikaya sülh və təhlükəsizlik axtarışı ilə gələn gözəl gənc ukraynalı qızı bu qədər amansızlıqla öldürən heyvan tez və ədalətli məhkəmə qarşısına çıxarılmalı və yalnız edam hökmü ilə cəzalandırılmalıdır”.
20:33 10.09.2025
Oxunuş sayı: 983