Qətər: İsrail Dohaya gizli silahlarla hücum etdi

Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani İsrailin Dohaya etdiyi hücumu sərt pisləyərək, partlayışdan cəmi 10 dəqiqə sonra hökumətin xəbərdar olduğunu və İsrailin radarla aşkar edilməyən “gizli” silahlardan istifadə etdiyini bildirib.
Crossmedia.az-ın məlumatına görə, baş nazir, ABŞ və İsraildən əvvəlcədən heç bir xəbərdarlıq gəlmədiyini vurğulayıb. Ağ Evin sözçüsü Kerolayn Levit isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofa Qətəri hücum barədə dərhal məlumatlandırmağı tapşırdığını açıqlayıb.
Qətər Xarici İşlər Nazirliyi də əvvəlcədən xəbərdarlığın olmadığını təsdiqləyib.
19:14 10.09.2025
Oxunuş sayı: 707