Suriya prezidenti: "Biz Suriyanın xaos meydanına çevrilməsinə imkan verməyəcəyik"

"Xalqımız öz azadlığı uğrunda inqilaba qalxdı, onu qazandı və bunun əvəzini çox ağır ödədi. Və bu gün də onlar təhdid olunarsa, ləyaqətləri üçün mübarizə aparmağa hazırdırlar".
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki , bunu Suriya Prezidenti Əhməd-əl-Şaara söyləyib.
"Əvvəlki hakimiyyətin devrilməsindən sonra sistemli şəkildə sabitliyimizə hücum edən və suriyalılar arasında nifaq salan İsrail rejimi birliyimizi zəiflətmək, ölkənin yenidən qurulması səylərimizi məhv etmək üçün növbəti dəfə torpağımızı sonsuz xaos meydanına çevirməyə çalışır. Bu rejim suriyalıların öz tarixləri boyu hər cür parçalanma və separatizmi rədd etdiklərini unudaraq, münaqişə və nifaq toxumu səpmək üçün bütün mümkün üsullardan istifadə etməyə davam edir"- deyə o qeyd edib.
10:33 17.07.2025
Oxunuş sayı: 864