Finlandiyalı siyasətçidən Meloniyə Ukrayna ilə bağlı ittihamlar
Finlandiyanın “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema İtaliyanın Baş naziri Giorgia Melonini Ukrayna münaqişəsindən ölkə daxilindəki problemləri və siyasi çətinlikləri kölgədə saxlamaq üçün istifadə etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Mema bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Mema Meloninin Rusiyanın Avropa ilə münasibətlərdə gərginliyi artırmağa çalışdığı barədə açıqlamasını şərh edib. O, Moskvanın belə bir planının olmadığını və Rusiyanın münaqişənin əsas səbəblərinin aradan qaldırılması şərtilə Ukrayna məsələsi üzrə dialoqa hazır olduğunu iddia edib.
Siyasətçi Melonini Ukraynaya silah tədarükünü dayandırmağa və İtaliya Müdafiə Nazirliyində dəyişikliklər etməyə çağırıb.
Qeyd edək ki, Meloni sentyabrın 17-də Rusiyanın Avropaya qarşı təxribatlarının artdığını bildirib. O, Moskvanın Ukraynadakı vəziyyətdən diqqəti yayındırmaq üçün Avropa ilə gərginliyi artırmağa çalışdığını deyib.
23:35 18.09.2026
Oxunuş sayı: 49