Məşhur italyan rejissor vəfat edib
İtaliyalı rejissor, ssenarist və yazıçı Tinto Brass 93 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, İtaliyanın ANSA xəbər agentliyi bu barədə rejissorun yaxınlarına istinadən məlumat yayıb.
Məlumata görə, rejissor noyabrın 4-də Romada dünyasını dəyişib. Onun vəfatı barədə həyat yoldaşı Katerina Vartsi və övladları məlumat veriblər.
Erotik kino janrının tanınmış nümayəndələrindən olan Tinto Brass yaradıcılığı ərzində 20-dən çox film çəkib.
Rejissorun ən məşhur ekran əsərləri arasında “Kaliqula” (Caligola, 1979) və “Miranda” (Miranda, 1985) filmləri yer alır.
Bildirilib ki, rejissorun dəfn mərasimi yalnız ailə üzvlərinin iştirakı ilə keçiriləcək.
17:27 04.11.2026
Oxunuş sayı: 61