İran parlamentindən Pezeşkiana ciddi ittiham: “İslam inqilabına son qoymağa çalışır, Xameneyini devirmək istəyir”

İran parlamentinin 30-dan çox üzvü prezident Məsud Pezeşkiyanın Ali Rəhbər Əli Xamneyini devirmək üçün çevriliş cəhdində ittiham edərək, onun dərhal istefasını tələb edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Sərt xətt tərəfdarları dövlət başçısının səlahiyyət həddini aşdığını və guya mövcud teokratik quruluşu dağıtmaq üçün gizli siyasət yürütdüyünü iddia edirlər. Keçmiş səfir və deputat Əbülfəzl Zöhrəvənd Pezeşkianın administrasiyasının “prezidentlik müddəti bitməmiş İslam İnqilabına son qoyacağını” bildirib və baş verənləri açıq şəkildə ali liderə qarşı çevriliş cəhdi adlandırıb.
İttihamlar İsraillə 12 günlük müharibədən sonra mərkəzi gücün zəifləməsi və Xamneyinin mediada nəzərəçarpacaq dərəcədə olmaması, idarəçilik böhranı ilə bağlı şayiələrin artması fonunda səslənir.
09:55 17.07.2025
Oxunuş sayı: 1051