İsrail Dəməşq və Suveyda istiqamətində aviazərbələr endirib

İsrailin hərbi hava qüvvələrinin Suriyanın paytaxtı Dəməşqin kənar bölgələrinə və Əs-Suveyda istiqamətindən geri çəkilən Suriya hərbi konvoyuna iki aviazərbə endirdiyi bildirilir. Hücumun nəticələri və itkilərlə bağlı rəsmi açıqlama hələlik verilməyib. Hadisə bölgəsində gərginlik yüksəlməkdə davam edir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, baş verən insidentlə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının Suriyaya dair fövqəladə iclasının 17 iyul tarixində keçirilməsi gündəmdədir. İclasın əsas müzakirə mövzusunun İsrailin hava hücumlarının regional sabitliyə təsiri olacağı gözlənilir
Fidan Qarayeva
03:35 17.07.2025
Oxunuş sayı: 1118