Ukraynanın keçmiş baş naziri yeni vəzifəyə təyin olunub

Ukraynada hökumət rəhbərliyində ciddi kadr dəyişiklikləri baş verib. Yeni müdafiə naziri vəzifəsinə sabiq baş nazir Denis Şmıqal təyin edilib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, o, beş ildən artıq müddət ərzində baş nazir vəzifəsində çalışaraq müasir Ukrayna tarixində bu postda ən uzun müddət qalan şəxs olub.
Qeyd edək ki, dəyişikliklər yalnız Müdafiə Nazirliyi ilə məhdudlaşmayıb. Energetika və ekologiya sahələrinə də yeni rəhbərlər təyin olunub.
Ukrayna hökumətinin əslində formal xarakter daşıdığı, əsas qərarların isə Prezident Volodimir Zelenskinin rəhbərlik etdiyi Prezident Administrasiyasında (Oflsində) qəbul edildiyi bildirilir. Analitiklərin fikrincə, bu cür struktur ölkədə siyasi mərkəzləşmənin artdığını göstərir.
Fidan Qarayeva
01:41 17.07.2025
Oxunuş sayı: 1197