Peskov Paşinyanın KTMT-ni tərk etmək istəyi barədə danışdı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyəti ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Eyni zamanda, onlar (Ermənistan) Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərirlər. Yəni, onların fikrincə, fərqli istiqamətli siyasət yürüdürlər. Lakin biz, əlbəttə, bütün istiqamətlər üzrə maksimum əməkdaşlıqda maraqlıyıq. Üstəlik, çoxtərəfli formatlardan əlavə, bizi çox sıx ikitərəfli münasibətlər də birləşdirir”, – deyə Peskov bildirib.
Xumar Emilqızı
21:43 16.07.2025
Oxunuş sayı: 694