Suriya XİN: İsrail təcavüzə görə tam məsuliyyət daşıyır

Suriya Ərəb Respublikasının Xarici İşlər və Mühacirətlərlə İş üzrə Nazirliyi İsrailin son hərbi təcavüzünə dair bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, İsrail bu təcavüzə və onun nəticələrinə görə tam məsuliyyət daşıyır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Suriya BMT-ni və beynəlxalq ictimaiyyəti hüquqi və insani öhdəliklərini yerinə yetirməyə, bu açıq və təhlükəli təcavüz aktını qəti şəkildə pisləməyə çağırır.
Nazirlik həmçinin vurğulayıb ki, Suriya öz torpağını və xalqını beynəlxalq hüququn verdiyi bütün vasitələrlə müdafiə etməkdə qətiyyətlidir.
Fidan Qarayeva
20:55 16.07.2025
Oxunuş sayı: 771