İran Oman dənizində yanacaq tankerini ələ keçirdi

Bu gün İranın sahil mühafizə qüvvələri Oman dənizində xarici neft tankerini saxlayıb. Tanker 2 milyon litr qaçaq yanacaq daşımaqda ittiham olunur. Hadisə ölkənin dəniz sərhədlərində aparılan monitorinq və nəzarət tədbirləri çərçivəsində baş verib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Məlumata əsasən, tankerin yükü ilə bağlı qanuni sənədlərin olmaması səbəbindən gəmidə yoxlama aparılıb və gömrük sənədləri təqdim edilmədiyindən neftin qaçaqmalçılıq yolu ilə daşındığı müəyyən edilib. Hadisə ilə bağlı Cask şəhər İnqilab Prokurorluğunda cinayət işi açılıb.
Hörmüzqan əyalətinin Baş Ədliyyə İdarəsinin rəisi bildirib ki, saxlanılanlar arasında tankerin kapitanı və ekipaj üzvləri də var. Ümumilikdə 17 nəfər istintaqa cəlb edilib.
14:58 16.07.2025
Oxunuş sayı: 827