“Daşnaksütyun” gəncləri "Erablur"u ziyarət etməyəcək

Ermənistanın paytaxtı İrəvanda 17 ölkədən təxminən 400 nəfər “Daşnaksütyun” partiyasının gənc nümayəndəsi gənclər və tələbələr üçün keçirilən toplantıya qatılıb.
Crossmedia.az xəbər verir ki, partiyanın gənc üzvləri “Nemezis” əməliyyatında iştirak edənlərin xatirəsinə ucaldılmış memorialdan Birinci Respublikanın qurucusu Aram Manukyanın abidəsinə qədər yürüş keçirməyi planlaşdırır.
“Daşnaksütyun”un ideoloqlarına görə, yürüş marşrutu təsadüfi seçilməyib. Onların fikrincə, "Erablur" hərbi panteonu artıq şərəfli xatirə yeri deyil, çünki orada “məğlub nəsil”in nümayəndələri dəfn olunub.
Xumar Emilqızı
14:13 16.07.2025
Oxunuş sayı: 1065