Keşişdən şok çağırış: "Paşinyanın başı kəsilməlidir"

Ermənistanın Nazirlər Kabinetinin Aparat rəhbəri Arayik Harutyunyan, 13 iyulda ABŞ-nin Kaliforniya ştatının Qlendeyl şəhərindəki Ermənistan baş konsulluğunun binası qarşısında "Milli Cəbhə" hərəkatının təşəbbüsü ilə keçirilən mitinq zamanı səslənən fikirləri sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Harutyunyan, mitinqdə iştirak edən din xadiminin çıxışından bir hissəni paylaşaraq bildirib: “O deyir ki, Paşinyanın başı kəsilməlidir. Onlar Ermənistan Apostol Kilsəsini "İslam Dövləti" təşkilatının bir filialına çeviriblər. Baş kəsirlər – özü də Ermənistan Respublikasının demokratik yolla seçilmiş baş nazirinin başını. Bəli, dostlar, indi siz düşünürsünüz ki, Vazgen Qalstanyan bu keşişin yanında sadəcə "qar qız"dır".
Qeyd edək ki, Arayik Harutyunyanın bu reaksiyası, müxalifətin son dövrlər hökumətə qarşı keçirdiyi sərt tənqidlərlə dolu aksiyalar fonunda baş verib.
Xumar Emilqızı
11:53 16.07.2025
Oxunuş sayı: 1170