ABŞ və Avropa İrana nüvə sazişi üçün avqustun sonunadək möhlət verdi

ABŞ və Avropa ölkələri İranla nüvə sazişinin bağlanması üçün son tarix müəyyən ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Əgər bu vaxta qədər razılaşma əldə olunmasa, Tehrana qarşı sərt sanksiyalar tətbiq ediləcək.
Axios saytının diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, ABŞ dövlət katibi Marko Rubio ilə Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri 14 iyulda telefon danışığı zamanı nüvə sazişinin əldə olunması üçün son tarix kimi avqustun sonunu müəyyən ediblər.
Əgər bu müddətədək razılaşma imzalanmasa, üç Avropa dövləti “Snapback” mexanizmini işə salmağı planlaşdırır. Bu mexanizm BMT Təhlükəsizlik Şurasının 2015-ci il sazişi çərçivəsində İrana qarşı ləğv olunmuş bütün sanksiyalarını avtomatik olaraq bərpa edir.
Qeyd olunur ki, “Snapback” prosesi 30 gün davam edir və Avropa ölkələri bu proseduru Rusiyanın oktyabr ayında BMT Təhlükəsizlik Şurasında sədrliyə başlamasından əvvəl tamamlamaq istəyirlər.
Öz növbəsində İran bildirir ki, sanksiyaların yenidən tətbiqi üçün hüquqi əsas yoxdur və əgər bu baş verərsə, ölkə Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaqla hədələyir.
Xumar Emilqızı
11:35 16.07.2025
Oxunuş sayı: 1017