Putin Ukraynadakı müharibəni dayandırmaq niyyətində deyil

Kremlə yaxın mənbələrin verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin yaxın 50 gün ərzində müharibəni dayandırmağı planlaşdırmır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, o Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, Ukraynadakı hərbi əməliyyatları davam etdirməyə hazırdır. Putin yalnız Qərbin onun şərtlərini qəbul etdiyi təqdirdə danışıqlara başlaya biləcəyini düşünür.
Kremlə yaxın üç müxtəlif mənbə bildirib ki, Putin əmindir: Qərbin nə Rusiyanı Ukraynadan geri çəkilməyə məcbur edəcək siyasi iradəsi, nə də təsirli rıçaqları mövcuddur. Bu səbəbdən, Kreml rəhbərliyi hərbi əməliyyatların davam etdirilməsinin Moskva üçün daha məqsədəuyğun olduğunu hesab edir.
03:27 16.07.2025
Oxunuş sayı: 1203