İsrail ordusu Suriya ordusunun Sudeydada ələ keçirdiyi polis məntəqəsini bombalayıb

İsrailin zərbələrinə və mərkəzi hökümətin itkilərinə baxmayaraq, Suriya ordusu Sudeydada irəliləməyə davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Son xəbərlərə görə, Druzlar Suveyda şəhərini yenidən ələ keçirdilər.
Suriya hökumət qüvvələri şəhərdən geri çəkilib. Ümumilikdə, döyüşlər zamanı Əhməd əş-Şaraaya tabe qüvvələrin 250 üzvü druzlar tərəfindən öldürülüb.
Suriya ordusunun 60 və 72-ci diviziyalarından iri hərbi qüvvələr Sueyda əyalətinə gəlib. Sueyda əyalətində terrorçuların çıxarılması və ya zərərsizləşdirilməsi üçün üç cəbhədə səylər davam edir.
Suriya Ordusu Süveydanın şimalında irəliləyərək Xalxalə hərbi hava limanına daxil olub. Suveyda şəhərinin mərkəzində şiddətli toqquşmalar. Hər iki tərəfin əlavə qüvvələri şəhərə doğru irəliləyir. Suriyanın şərqində və şimal-şərqində Suriya Demokratik Qüvvələrinin (SDQ) səfərbər olduğu bildirilir. Bölmələr yüksək hazırlıq vəziyyətinə gətirilib.
00:31 16.07.2025
Oxunuş sayı: 1024