Druz lideri Suriya rejiminə qarşı açıq müqavimət çağırışı edib

Suriyanın Əs-Süveyda vilayətindəki druz icmasının ruhani lideri şeyx Hikmət əl-Hicri Suriya ordusuna qarşı müqavimətin davam etdirilməsinə çağırıb və hökumət nümayəndələrinin adından yayılan bəyanatı rədd edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, şeyx əl-Hicri həmçinin videomüraciətində xarici ölkələrə çağırış edərək, druz icmasının müdafiəsi üçün müdaxilə etməyə çağırıb: “Haradan və hansı ölkədən olur-olsun, bizə yardım edin”.
Şeyx bildirib ki, Dəməşqlə aparılan çoxsaylı danışıqlara baxmayaraq, bunlar heç bir nəticə verməyib: “Bizim tərəfimizdən yayımlanan bəyanat Dəməşqin təzyiqi ilə – bəzi xarici dövlətlərin müdaxiləsi nəticəsində – zorla qəbul etdirilib. Bunu isə bizim övladlarımızın həyatını xilas etmək adı altında etdilər”.
O, videomüraciətində druz icmasını – “kişilər və qadınlar, qocalar və gənclər” – Suriya ordusuna və təhlükəsizlik qüvvələrinə qarşı mövcud olan bütün vasitələrlə müqavimət göstərməyə səsləyib.
Fidan Qarayeva
00:55 16.07.2025
Oxunuş sayı: 1019