Erməni konyaklarının 85 faizi saxta çıxdı – Rusiya bazarında şok araşdırma

Konyak, spirt və alkoqollu məhsullar istehsalçıları ittifaqı ilə “Antikontrafakt” assosiasiyasının araşdırmasına əsasən, Rusiyada satılan erməni konyaklarının 85 faizi standartlara uyğun deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Araşdırmada qeyd olunur ki, bu saxta məhsullar istehlakçıların sağlamlığına təhlükə yarada bilər. Rəsmi mənbələr bu məsələ ilə bağlı əlavə tədbirlərin görüləcəyini bildirir.
Nigar Rəhimova
20:10 15.07.2025
Oxunuş sayı: 1008