“İrana getməyin!” – ABŞ vətəndaşından sərt xəbərdarlıq

ABŞ Dövlət Departamentinin farsdilli səhifəsində paylaşılan videomüraciətində İranda 1975 gün həbsdə qaldıqdan sonra 2023-cü ilin payızında azadlığa çıxan İran əsilli Amerika vətəndaşı Emad Şərqi bu ölkəyə səfər etmək istəyənlərə xəbərdarlıq edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Emad Şərqi bildirir ki, heç bir halda İrana getmək olmaz: “Sevdiklərinizi görmək istəsəniz belə, həbs və işgəncə riski çox yüksəkdir. İran kökləriniz sizi asan hədəfə çevirir – sizdən siyasi piyada kimi istifadə oluna bilər”.
Xatırladaq ki, Bayden administrasiyası Emad Şərqi də daxil olmaqla, beş ABŞ vətəndaşının azadlığı qarşılığında iki iranlını azad edib və İranın dondurulmuş 6 milyard dollarlıq aktivlərini sərbəst buraxıb. ABŞ Dövlət Departamenti daha əvvəl də xəbərdarlıq edib ki, ikili vətəndaşlığa sahib olan şəxslər və ABŞ-də yaşamaq icazəsi olan iranlılar İranda səbəbsiz yerə həbs oluna bilərlər.
19:10 15.07.2025
Oxunuş sayı: 1007