İranın ali rəhbəri Putindən narazıdır

İranın xarici işlər naziri Abbas Əraqçı Moskvaya səfəri zamanı İranın ali rəhbəri Əli Xameneyinin Rusiya prezidenti Vladimir Putinə ünvanladığı narazılıq məktubunu çatdırıb.
Crossmedia.az xəbər verir ki , bununla bağlı, İranın “Fərhixteqan” qəzeti xəbər verib.
Qəzet yazır ki, Xameneyi məktubunda Rusiyanın 12 günlük İsrail-İran müharibəsi zamanı İslam Respublikasının gözləntilərini doğrultmadığını vurğulayıb. Tehran Moskvanın münaqişəyə münasibətinin daha sərt və dəqiq olmasını gözləsə də, bu baş verməyib.
Nəşrə görə, müharibənin əvvəlində Rusiya “İsraili işğalçı kimi tanıyaraq onun hücumlarını pisləsə də, ümumi mövqeyi İranın istədiyi qədər möhkəm və ciddi olmayıb”.
18:33 15.07.2025
Oxunuş sayı: 1172