"Erməni xalqı da, Paşinyan da münasibətlərin normallaşmasında maraqlıdır"- Türkiyəli professor

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının üzərindən beş il keçməsinə baxmayaraq, hələ də Cənubi Qafqazda sülh əldə olunmayıb. Artıq Cənubi Qafqazda sabitlik təmin olunub. 1992-ci ildə Qarabağ işğal olunanda Qərb və Rusiya Azərbaycana qarşı oldular. Bu işğal “Böyük Ermənistan” layihəsinin davamı idi. 2020-ci ildəki İkinci Qarabağ müharibəsindəki zəfər ilə isə Azərbaycan yüz illik layihəyə son qoydu. Hərçənd, Ermənistan təxribatlara cəhd edə bilər. Əslində erməni xalqı da, baş nazir Nikol Paşinyan da münasibətlərin normallaşmasında maraqlıdır.
Bu fikirləri Crossmedia.az-a geniş müsahibə verən Kütahya universitetinin professoru, politoloq Hüseyn Şeyhanlıoğlu deyib:
Artıq Cənubi Qafqazda sabitlik təmin olunub. 1992-ci ildə Qarabağ işğal olunanda Qərb və Rusiya Azərbaycana qarşı oldular. Bu işğal “Böyük Ermənistan” layihəsinin davamı idi. 2020-ci ildəki İkinci Qarabağ müharibəsindəki zəfər ilə isə Azərbaycan yüz illik layihəyə son qoydu. Azərbaycan güclü olsa bundan sonra bölgədə heç bir problem olmaz. Hərçənd Ermənistan təxribatlara cəhd edə bilər. Qeyd etmək istəyirəm ki, 1918-ci ilə qədər Cənubi Qafqazda erməni olmayıb. Bu, tarixi faktdır. Və necə ki, Şimali Kipr heç vaxt yunanların olmayıb, Qarabağ da heç vaxt Ermənistanın olmayıb. Hazırkı ritorikanın əsas səbəbi erməni diasporu və Qərb dünyası, onların saxta ittihamlarıdır. Belə ki, zaman- zaman ortaya “erməni soyqırımı” iddiası atılır. Türkiyə arxivləri açmaq istəyəndə isə geri çəkilirlər. Çünki əslində erməni soyqırımı yox, türk soyqırımı olub. 1915- ci ildə Türkiyənin təkcə üç şəhərində - Van, Muş və Bitlisdə 342 min türk öldürülüb. Eyni ilə Xocalı qətliamı kimi hadisələr törədilib. Qısacası, əsas səbəb Qərb dairələrindəki türkəfobiya və Ermənistandan alət kimi istifadə olunması cəhdidir. Əslində erməni xalqı da, baş nazir Nikol Paşinyan da münasibətlərin normallaşmasında maraqlıdır".
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/28281
Fatimə Məmmədova
19:23 28.04.2025
Oxunuş sayı: 967