Çin Qazaxıstanda media təsirini gücləndirir

Qazaxıstanın bir qrup media nümayəndəsi Şərqi Türküstana səfər edərək Çin dövlət mediasının təmsilçiləri ilə görüş keçirib. Analitiklərin fikrincə, bu səfər Pekinin Mərkəzi Asiyada informasiya təsirini artırmaq planının bir hissəsidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Beynəlxalq Agentliyi məlumat verir.
Belə ki, nümayəndə heyəti “Sincan Radio və Televiziya Stansiyası”nın rəhbərliyi ilə danışıqlar aparıb. Çin tərəfi informasiya və media sahəsində əməkdaşlığın gücləndiriləcəyini, həmçinin qazax dilində yayımlanan materialların həcminin artırılacağını bildirib.
Xatırladaq ki, 2004–2017-ci illərdə Çin tərəfi Almatıdakı media qurumları ilə birlikdə qazax dilində televiziya proqramları hazırlayıb. 2018–2021-ci illərdə isə Çin verilişlərinin tərcüməsi və Qazaxıstan televiziyasında yayımlanması istiqamətində əməkdaşlıq davam etdirilib.
Qeyd edək ki, bu addım Pekinin Şərqi Türküstandakı insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri yumşaltmaq və regiondakı informasiya axınına nəzarəti gücləndirmək cəhdi kimi qiymətləndirilir.
Fatimə Məmmədova
09:29 19.10.2025
Oxunuş sayı: 1273