Premyer Liqa: VIII tura bu gün keçiriləcək iki görüşlə yekun vurulacaq

Misli Premyer Liqasında VIII tura bu gün keçiriləcək iki görüşlə yekun vurulacaq.
Crossmedia.az xəbər verir ki, ilk olaraq "Sabah" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək.
"Bank Respublika Arena"da baş tutacaq oyunun start fiti saat 16:00-da səslənəcək.
13 xala malik "Zirə" beşinci, 11 xalı olan "Sabah" isə altıncıdır.
Turun bağlanış qarşılaşmasında isə "Neftçi" "Palms Sports Arena"da Araz-Naxçıvan"ı qəbul edəcək.
Bu matç saat 18:30-da başlayacaq.
Naxçıvan təmsilçisi 14 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Ağ-qaralar" isə 8 xalla doqquzuncudur.
Misli Premyer Liqası
I dövrə, VIII tur
19 oktyabr
16:00. "Sabah" – "Zirə"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Bank Respublika Arena"
18:30. "Neftçi" – "Araz-Naxçıvan"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
"Palms Sports Arena"
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı, "Sumqayıt" "Karvan-Yevlax"ı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1) məğlub edib. "İmişli" - "Qəbələ" görüşündə isə bərabərlik qeydə alınıb - 2:2.
10:52 19.10.2025
Oxunuş sayı: 1228