Zəfər günlərinin qeyd olunması Azərbaycan xalqını qürurlandırır - Deputat

Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğaldan azad edilmiş əraziləri sürətlə bərpa edir. Onun sözlərinə görə, bu torpaqlarda həyat yenidən canlanır, məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Spiker qeyd edib ki, yaxın günlərdə Zəngilan şəhəri günü keçiriləcək. Qafarova vurğulayıb ki, xalqın birliyi və dövlət başçısının qətiyyətli siyasəti ölkənin davamlı inkişafına zəmin yaradır.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadənin fikrincə, 30 ilə yaxın işğal dövründə Azərbaycan xalqı kənd və şəhərlərinin işğalı günlərini hüznlə anırdı, lakin bu gün həmin torpaqlarda həyat yenidən canlanır: “Məcburi köçkün soydaşlarımız doğma yurdlarına qayıdır, azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alıb. Beş il ərzində beynəlxalq səviyyəli hava limanları, avtomobil və dəmir yolları, körpülər, tunellər, yeni yaşayış məskənləri inşa olunub".
O vurğulayıb ki, həyata keçirilən “Böyük Qayıdış” layihəsi təkcə bərpa prosesini deyil, həm də milli ruhun dirçəlişini təmin edir: “O torpaqlar yenidən nəfəs alır, müasir şəhər və qəsəbələr salınır, yeni iş yerləri açılır. Bu, dövlətimizin gücünü və xalqımızın birliyini nümayiş etdirir. Zəfər günlərinin qeyd olunması Azərbaycan xalqını həm qürurlandırır, həm də gənc nəslin milli yaddaşında qalib xalq ruhunun möhkəmlənməsinə xidmət edir".
Nastya Qəniyeva
10:00 19.10.2025
Oxunuş sayı: 1231