Rusiyada “Rosneft” zavoduna dron hücumu: böyük yanğın baş verib

Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk şəhərində “Rosneft” şirkətinə məxsus neft emalı zavodunda güclü yanğın baş verib. Hadisə yerli sakinlərin sözlərinə görə, dron hücumundan sonra qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, şahidlər zavod üzərindən qalxan qalın qara tüstü buludunun bir neçə kilometr məsafədən belə göründüyünü bildiriblər.
Həmçinin, Samara vilayətinin qubernatoru hadisəni təsdiqləyib, lakin hücumun nəticələri və mümkün itkilər barədə hələlik məlumat verməyib.
Qeyd edək ki, Novokuybışevsk neft emalı zavodu bölgənin ən iri müəssisələrindən biridir. Zavodun illik emal gücü 8,8 milyon ton neft təşkil edir.
Fatimə Məmmədova
10:41 19.10.2025
Oxunuş sayı: 1235