İrəvanda qanlı insident: Bir yeniyetmə qətlə yetirildi

Ermənistanın paytaxtı İrəvanda baş verən qanlı qarşıdurma nəticəsində bir yeniyetmə həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb
Hadisə aprelin 19-u axşam saatlarında şəhərin Kanaker rayonunda qeydə alınıb. Yaralananlardan biri – yeniyetmə – Mikaelyan adına tibb mərkəzinə aparılarkən yolda ölüb.
Qeyd edək ki, digər iki yaralı müxtəlif bədən xəsarətləri ilə başqa bir klinikaya yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma apararaq, qətldə şübhəli bilinən iki nəfəri saxlayıblar. Hadisə ilə bağlı istintaq davam edir.
Xumar Emilqızı
12:44 20.04.2025
Oxunuş sayı: 657