Tramp husilərin ABŞ-lə döyüşməməyə razılaşdığını bildirib
ABŞ Prezidenti Donald Tramp Yəmənin şimalında fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının (husilər) ABŞ-lə döyüşməməyə razılaşdığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Fox News” jurnalisti Trey Yanqst Trampın açıqlamasına istinadən bu barədə məlumat yayıb.
Trampın sözlərinə görə, ABŞ husilərlə daim əlaqə saxlayır və tərəflər arasında ABŞ-ə qarşı hərbi əməliyyatların aparılmaması barədə razılaşma əldə olunub.
Qeyd edək ki, sentyabrın əvvəlində husilərlə Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə bağlı qüvvələr arasında Tais vilayətində silahlı toqquşmalar başlamışdı. Məlumatlara görə, husilər bir neçə gün ərzində Qırmızı dəniz sahilindəki strateji ərazilər də daxil olmaqla, geniş ərazilərə nəzarəti ələ keçirib.
Yəməndəki döyüşlərin ABŞ-İran gərginliyi fonunda Bab əl-Məndəb boğazından keçən yükdaşımalar və qlobal yanacaq bazarına təsir göstərə biləcəyi bildirilir. Toqquşmaların başlanmasında İranın mümkün təsiri əsas versiyalardan biri kimi göstərilir.
19:23 20.09.2026
Oxunuş sayı: 45