Ella Pamfilova Rusiya seçkilərinə kiberhücum cəhdlərindən danışıb
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumasına seçkilərin infrastrukturuna yüksək səviyyəli kiberhücum cəhdlərinin olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Pamfilovanın sözlərinə görə, sentyabrın 18-dən etibarən seçkilərə uğurlu hücum qeydə alınmayıb, lakin təsirin səviyyəsi “çox yüksək” qiymətləndirilir. O, hücum cəhdlərinin süni intellekt alətlərindən istifadə edən peşəkar və koordinasiyalı qruplar tərəfindən həyata keçirildiyini iddia edib.
Pamfilova kiberhücum cəhdlərinin Böyük Britaniya, Ukrayna, Braziliya və Meksikadan həyata keçirildiyini bildirib. Bu iddiaların müstəqil təsdiqi barədə məlumat verilməyib.
Rusiya Dövlət Dumasına IX çağırış deputatlarının seçkiləri sentyabrın 18-dən 20-dək keçirilir. Paralel olaraq ölkənin müxtəlif regionlarında qubernator, qanunverici orqan və bələdiyyə nümayəndəliklərinə seçkilər də keçirilir.
17:12 20.09.2026
Oxunuş sayı: 60