ABŞ-də itirilən ev heyvanlarının xatirəsinə xüsusi memorial yaradılıb
ABŞ-nin Florida ştatında itlərini və digər ev heyvanlarını itirən ailələrin xatirələrini yaşada bilməsi üçün xüsusi “Göy qurşağı körpüsü” memorialı yaradılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Fort Myers şəhərində yaşayan Qabrielle Bolen bu ideyanı reallaşdırmaq üçün 18 ay çalışıb. Sentyabrın 19-da Alliance for the Arts ərazisində açılan memorialda ailələr itirdikləri ev heyvanlarının yaxalıq və birkalarını buraxaraq onların xatirəsini yaşada bilirlər.
Memorialın yaradılmasına yerli şirkətlər və sakinlər də dəstək verib. Layihənin ərsəyə gəlməsi üçün maliyyə vəsaiti, tikinti materialları, əmək və müxtəlif xidmətlər icma üzvləri tərəfindən təmin olunub.
16:55 20.09.2026
Oxunuş sayı: 52