İranın XİN başçısının müavini Səudiyyə Ərəbistanına səfər edib

Vəhid Cəlalzadə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkənin xarici işlər nazirinin müavini Vəlid bin Əbdulkərim Əl-Xureyci ilə görüşüb danışıqlar aparıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Cəlalzadə İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində konsulluq əlaqələrinin roluna toxunaraq, gələcəkdə İran və Səudiyyə Ərəbistanının müxtəlif sahələrdə konsulluq müqavilələri imzalayacağına ümid etdiyini bildirib.
11:14 20.04.2025
Oxunuş sayı: 571