ABŞ rəsmisi: "İranla danışıqlarda uğurlu irəliləyiş əldə etdik"

Dünən adı açıqlanmayan ABŞ hökumətinin yüksək vəzifəli rəsmisi CNN telekanalın müsahibəsində Tehran-Vaşinqton danışıqlarından söz açıb. Crossmedia.az bu barədə ISNA-ya istinadən xəbər verir.
“Romada dörd saatdan çox danışıqlardan sonra biz böyük irəliləyiş əldə etdik. Tərəflər gələn həftə görüşmək barədə razılığa gəliblər”. ABŞ rəsmisinin sözlərinə görə, “Roma danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edilib”.
10:55 20.04.2025
Oxunuş sayı: 500