ABŞ və İran arasında dolayı danışıqların ikinci raundu başa çatıb

İran və ABŞ arasında dolayı danışıqların ikinci raundu planlaşdırıldığı kimi yekunlaşıb. Danışıqların üçüncü raundunun gələn həftə keçirilməsi nəzərdə tutulur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, müzakirələr zamanı İranın sülhməramlı nüvə proqramının tam dayandırılması məsələsi gündəmə gətirilməyib.
İranın Xarici İşlər naziri Abbas Araqçi bildirib ki, gələcəkdə əldə olunacaq hər hansı nüvə razılaşmasında yalnız Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) nəzarət funksiyasını icra edəcək. Onun sözlərinə görə, bu prosesə ABŞ da daxil olmaqla, heç bir xarici tərəfin müdaxiləsinə icazə verilməyəcək.
Araqçi əlavə edib ki, İran nüvə proqramını BAEA-nın qaydalarına uyğun şəkildə davam etdirməyə sadiqdir və nəzarət prosesinə xarici müdaxiləni qətiyyətlə rədd edir.
Mədinə Cəlilova
21:36 19.04.2025
Oxunuş sayı: 1028