Putin Pasxa atəşkəsi elan etdi

Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə Ukraynadakı hərbi əməliyyatların dayandırılması barədə əmr verib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəs 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-a qədər Xüsusi Hərbi Əməliyyatlar zonasında qüvvədə olacaq.
“Rusiya qoşunları Pasxa atəşkəsinə yalnız Kiyevin qarşılıqlı şəkildə riayət etməsi şərtilə əməl edəcək. Rusiya Hərbi Qruplaşmaları ali baş komandanın tapşırığına əsasən hərbi əməliyyatları dayandırır,” – nazirlik bildirib.
Putin atəşkəsin Tramp administrasiyasının sülh təşəbbüslərinə və Pasxa gününün humanitar xarakterinə hörmət əlaməti olaraq elan edildiyini qeyd edib.
“The Atlantic”nəşri yazır ki, bu addım həm Trampa jest, həm də gələcək diplomatik addımlar üçün zəmin yaratmaq məqsədi daşıyır. Rusiya lideri eyni zamanda məsuliyyəti Qərb tərəfinin üzərinə yönəldir.
Mədinə Cəlilova
19:00 19.04.2025
Oxunuş sayı: 796