İran və ABŞ arasında dolayı danışıqlar başa çatdı

“Mehr News” agentliyinin məlumatına görə, bu gün Romada İran və ABŞ arasında keçirilən dolayı danışıqların ikinci raundu planlaşdırıldığı kimi yekunlaşıb.
Crossmedia.az xəbər verir ki, görüşdə İranın xarici işlər naziri Abbas Əraqçı və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak ediblər.
Mənbələr danışıqların konstruktiv atmosferdə keçdiyini və yaxın günlərdə yeni raundların baş tuta biləcəyini bildirir.
Mədinə Cəlilova
18:10 19.04.2025
Oxunuş sayı: 727