Tehran-Vaşinqton danışıqları: İran Qrossinin iştirakını rədd etdi

İranın Romadakı danışıqlarına yaxın mənbə Rafael Qrossinin prosesə cəlb olunduğu barədə iddiaları yalanlayıb.
Crossmedia.az xəbər verir ki, “ISNA”agentliyinin məlumatına görə, mənbə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin Romadakı danışıqlarda iştirak etmədiyini bildirib.
“Qrossi ötən həftə Tehranda olub və orada səlahiyyətli qurumlarla görüşlər keçirib. Onun Romada İran nümayəndə heyəti ilə görüşü planlaşdırılmayıb,” – deyə məlumatda qeyd olunub.
Bildirilir ki, Romadakı müzakirələrdə yalnız İran, ABŞ və Oman rəsmiləri iştirak edir. Başqa heç bir tərəf danışıqlara cəlb olunmayıb.
Mədinə Cəlilova
20:45 19.04.2025
Oxunuş sayı: 605