Fox News: “Trampın hərbi hədəsi Xameneyini danışıqlar masasına oturtdu”

“Fox News” yazıb ki, İranın ali rəhbəri Əli Xameneyi ABŞ prezidenti Donald Trampın hərbi təhdidinə görə Vaşinqtonla danışıqlara hazırdır.
Crossmedia.az xəbər verir ki, nəşrin məlumatına görə, İranın nüvə proqramının ləğvi ilə bağlı Romada keçirilən danışıqlar Tehranın yeni sazişə sadiqliyi ilə bağlı ciddi suallar doğurub.
“ABŞ prezidentinin hərbi təhdidi Xameneini danışıqlar masasına gətirən şeydir, çünki bu, hakimiyyətin mövcudluğuna təhlükə yaradırdı. Trampın hədə-qorxusu İranın nüvə proqramının tamamilə dağıdılması sentrifuqaların məhv edilməsi və Tehranın bütün zənginləşdirilmiş uranının ölkədən çıxarılması deməkdir”, - deyə, vurğulanıb.
19:40 19.04.2025
Oxunuş sayı: 801