Gürcüstanda elektrik enerjisi kəsilib

Ölkənin paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionları da bu problemlə üzləşib.
Crossmedia.az xəbər verir ki, buna səbəb Kavkasioni elektrik ötürücü xəttində baş verən qəza göstərilir.
“AzərEerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib. Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerjisistemi ilə paralel iş bərpa olunub. Qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.
Qeyd edək ki, qəzanın səbəbi hələlik bəlli deyil.
19:25 19.04.2025
Oxunuş sayı: 718